Məqalələr kataloqu

Ana səhifə » Məqalələr » Toplu məqalələr

Telman İsmayılov haqqında şok iddia

 
 
 
“Günaydın” qəzeti: İş adamının həyat yoldaşı və 23 yaşlı sevgilisi bir yerdə yaşayırlar

Antalyada tikdirdiyi 1,5 milyard dollar dəyərindəki “Mardan Palace” otelinin açılışından sonra gündəmdən düşməyən azərbaycanlı iş adamı Telman İsmayılov haqqında maraqlı xəbərlər yayılmağa davam edir.

Bu dəfə Türkiyənin “Günaydın” qəzeti iş adamı haqqında şok məlumat yayıb. Lent.az-ın qəzetə istinadən məlumatına görə, 53 yaşlı iş adamının özündən 33 yaş sevgilisi var. Maraqlı odur ki, İsmayılovun xanımı Samirə İsmayılova “Mardan Palace”da kral dairəsində, sevgilisi Nataliya isə həmin oteldəki villalardan birində qalır. Yəni o, nikahlı həyat yoldaşı ilə sevgilisini eyni yerdə saxlayır.
Üstəlik iş adamının 23 yaşlı sevgilisindən 2 yaşında bir qızı da var. Yəni qızı İsmayılovun 8 yaşlı nəvəsi Telmandan 6 yaş kiçikdir. Qəzet yazır ki, İsmayılov-Nataliya münasibətlərini oteldə işləyən 2-3 nəfərdən başqa bilən yoxdur.

Deyilənlərə görə, iş adamı həddən artıq qısqancdır. O, xanımını və sevgilisini hər kəsdən gizləməyə çalışır. Məsələn xanımı və ya sevgilisindən biri SPA masajı qəbul etmək istəsə, onda oteldəki 8 min kv.m-lik SPA mərkəzi qapadılır, kişi masajçıların hamısı içəridən çıxarılır.

O da bildirilir ki, Telman İsmayılov Fransanın Nisa şəhərində ailəsi ilə birlikdə yaşadığı villanın yanındakı villanı da Nataliyaya alıb. İki villa arasında cəmi 1 ev var.

Kateqoriya: Toplu məqalələr | Müəllif: МАГОМЕД (23.09.2009)
Baxılıb: 2479 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Bölmə kateqoriyası
Toplu məqalələr [37]
Axtarış
Saytın Dostları
  • Sayt yarat
  • Veb-usta üçün hər şey
  • Hamı üçün proqramlar
  • Əyləncə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya reseptləri
  • Statistika

    Saytda olanlar: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0